Vakansiyalar

İnformasiya Təhlükəsizliyinin İdarəedilməsi Şöbəsinin Müdiri (Head of GRC Division)

Son müraciət tarixi: 17.07.2025

Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.

Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.

Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.

Vakansiya haqqında: Təşkilatda informasiya təhlükəsizliyi üzrə siyasətlərin, standartların və uyğunluq prosedurlarının hazırlanması, tətbiqi və nəzarətinin həyata keçirilməsi


Vəzifə öhdəlikləri


  • İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının hazırlanmasına rəhbərlik etmək
  • ISO/IEC 27001:2022 və digər beynəlxalq standartlara əsasən idarəetmə sistemlərinin tətbiqinə nəzarət
  • Təşkilat üzrə informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və risk reyestrinin idarə olunması
  • Audit, uyğunluq və sertifikatlaşdırma proseslərinin idarə olunması (ISO, GDPR, yerli qanunvericilik və s.)
  • Tərəfdaşlar və podratçılar üçün təhlükəsizlik tələblərinin müəyyən olunması
  • Məlumatların məxfiliyi, bütövlüyü və əlçatanlığı üzrə nəzarət mexanizmlərinin formalaşdırılması
  • Təhlükəsizlik üzrə maarifləndirmə və təlim proqramlarının təşkili
  • Hadisə idarəetməsi və təhlükəsizlik boşluqlarının araşdırılması
  • GRC (Governance, Risk, Compliance) çərçivələrinin tətbiqinə nəzarət


Tələblər


  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 7 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə 3 il
  • ISO/IEC 27001, CISSP, CISA və ya digər uyğun sertifikatlara malik olmaq
  • Risk idarəetməsi və GRC platformaları üzrə praktiki bilik
  • “Məlumatların Mühafizəsi” və “Kibertəhlükəsizlik haqqında” qanunvericiliyə bələdlik
  • Strateji yanaşma və rəhbərliyə hesabat hazırlamaq bacarığı
  • Analitik düşüncə və yüksək ünsiyyət bacarığı


Biz nə təklif edirik


  • Ən son texnologiyaların istifadəsi və tətbiqi
  • Çevik iş rejimi
  • Tibbi sığorta 
  • Təlim proqramlarına çıxış 
  • Sosial və peşəkar tədbirlər
  • Rəqəmsal tibb layihələrində iştirak imkanı
  • Karyera İnkişaf İmkanı



Rəqəmsal innovasiyaların tətbiqini əsas dəyər kimi qəbul edən komandamıza qoşulmaq istəyirsiniz?

Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.  

Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.