Vakansiyalar

Proqram Təminatının Sınaqdan keçirilməsi şöbəsi, Baş məsləhətçi (Senior QA Engineer)

Son müraciət tarixi: 17.07.2025

Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.
Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.
Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.

Vakansiya haqqında: Proqram Təminatının Sınaqdan keçirilməsi şöbəsinin Baş məsləhətçisi olaraq proqram təminatlarının sınaqdan keçirilməsi, nasazlıqların aşkarlanması və təkmilləşdirmə üzrə komandalara dəstək vermək əsas vəzifə olacaq. Keyfiyyətə nəzarət yalnız texniki deyil – həm də strateji məsuliyyətdir.



Vəzifə öhdəlikləri



  • Test strategiyası və planlarının hazırlanması.
  • Funksional, qeyri-funksional və performans testlərinin icrası.
  • Test avtomatlaşdırma skriptlərinin yazılması (Selenium, Cypress və s.).
  • CI/CD inteqrasiyalı test boru xətlərinin qurulması.
  • Defektlərin aşkarlanması, sənədləşdirilməsi və izlənməsi.
  • Komanda ilə sıx əməkdaşlıq – product owner, developer, DevOps.



Tələblər



  • 3+ il QA sahəsində təcrübə.
  • Test planlaşdırma, manual və avtomatlaşdırma testləri üzrə bacarıq.
  • Test avtomatlaşdırma alətləri (Selenium, Cypress) üzrə təcrübə.
  • CI/CD və Agile/Scrum iş metodologiyalarında təcrübə.
  • Əla analitik düşüncə və kommunikasiya bacarıqları.


Biz nə təklif edirik



  • Ən son texnologiyaların istifadəsi və tətbiqi
  • Çevik iş rejimi
  • Tibbi sığorta
  • Təlim proqramlarına çıxış
  • Sosial və peşəkar tədbirlər
  • Rəqəmsal tibb layihələrində iştirak imkanı
  • Karyera İnkişaf İmkanı


Rəqəmsal innovasiyaların tətbiqini əsas dəyər kimi qəbul edən komandamıza qoşulmaq istəyirsiniz?
Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.


Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.