Vakansiyalar

İnformasiya Təhlükəsizliyi Departamenti, Kiber Təhlükəsizlik şöbəsinin mütəxəssisi/məsləhətçisi

Son müraciət tarixi: 18.01.2025

Əsas tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili, İngilis dili - yüksək, Rus dili - arzu olunandır;
  • Davamlı öyrənmə və inkişafa yönümlülük;
  • Komandada işləmək və üstün kommunikasiya bacarıqları;
  • Yaxşı analitik və problem həll etmə bacarığı;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Qrupda işləmə bacarığı və komandaya töhfə vermə istəyi.


Vəzifə öhdəlikləri:

  • Kibertəhlükəsizlik risklərinin və təhdidlərinin monitorinqi və təhlili.
  • Təhlükəsizlik insidentlərinə operativ reaksiya və onların təhlili.
  • Təhlükəsizlik insidentlərinə dair araşdırmaların aparılması və səbəblərin müəyyən edilməsi.
  • Təhlükəsizlik hadisələrinin (logs, anomaliyalar) gündəlik monitorinqi və analizi.
  • Korporativ şəbəkələrdə anomaliyaların və təhdidlərin aşkar olunması, cavab tədbirlərinin görülməsi.
  • Təhlükəsizlik analitik vasitələrinin (SIEM, EDR/XDR və s.) idarə edilməsi və nəticələrin təhlili.
  • Şəbəkə təhlükəsizliyi, “Firewall”, “WAF”, “DLP”, “Vulnerability management”, TI və s, kimi sistemləri ilə iş təcrübəsi.
  • İnformasiya təhlükəsizliyi üzrə yaranan təhdidlər haqqında hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Təhlükəsizlik insidentləri ilə işləmə, risklərin idarə olunması və təhlükəsizlik monitorinqi sahəsində təcrübə.
  • Təhlükəsizlik hadisələrinin monitorinqi və cavablandırılması (SOC təcrübəsi üstünlükdür)
  • SIEM, EDR, və s., kimi kibertəhlükəsizlik alətləri ilə iş bacarığı.
  • Şəbəkə təhlükəsizliyi və informasiya təhlükəsizliyi üzrə əsas biliklər.
  • İnformasiya təhlükəsizliyi standartları (ISO 27001, NIST, COBIT) haqqında məlumatlılıq.

 

Əlavə üstünlüklər:

  • Təhlükəsizlik üzrə beynəlxalq sertifikatların olması (CISSP, CCNA/CCNP, CEH və s.);
  • Proqram təminatlarının təhlükəsizliyinin təhlili və zəifliklərin aşkarlanması üzrə biliklər;
  • SOC (Security Operations Center) təcrübəsi;
  • Cloud mühitində (Office 365, Microsoft Intune, AWS, Azure, Google Cloud) təhlükəsizlik təcrübəsi;
  • SIEM sistemləri ilə işləmə təcrübəsi;
  • Təhlükəsizlik hadisələrinin avtomatlaşdırılması üzrə biliklər (SOAR həlləri);
  • Proqram təminatının təhlükəsizliyi üzrə biliklər (DevSecOps);

 

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

 

Müraciət qaydası:

Vakansiyaya uyğun namizədlər CV-lərini hr@rth.gov.az email ünvanına göndərə bilərlər.
Qeyd: Göndərilən CV-lərdə mövzu adı yerində “Kiber Təhlükəsizlik Şöbəsinin mütəxəssisi/məsləhətçisi” qeyd olunmalıdır.