Sizə necə kömək edə bilərik ?
İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayı eyni zamanda sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış nümunələrinin elektron forması yaradılmışdır. Bu layihənin icrası vətəndaşlar üçün sözügedən arayış nümunələrinin elektron versiyalarını əlçatan etmişdir. “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsindəki şəxsi kabinetlərinin müvafiq bölmələrindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən təqdim edilən bu arayışların elektron versiyalarının əldə edilməsi mümkündür. Sağlamlıq və Sürücülüyə yararlı olmaq barədə olan arayış nümunələrinin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə sözügedən arayış nümunələrinin elektron verisyaları hazırlanmış, həmçinin zəruri məlumatlar üzrə Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin əlaqəli sistemləri ilə məlumat mübadilələri həyata keçirilmişdir
TƏBİB-in beynəlxalq standartlara cavab verən, istifadəçiyönümlü həmçinin eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların istifadəsi üçün də nəzərdə tulumuş rəsmi internet səhifəsi (https://tabib.gov.az/) yaradılmışdır. Veb səhifədə vətəndaşlar üçün önəmli məlumatların əlçatanlığı təmin edilmişdir. Eyni zamanda, vətəndaşların veb səhifə vasitəsilə elektron xidmətlərdən istifadə imkanı da yaradılmışdır.