Vakansiyalar

İnformasiya Təhlükəsizliyi Departamenti, İnformasiya Təhlükəsizliyi İdarəedilməsi şöbəsinin məsləhətçisi

Son müraciət tarixi: 18.01.2025

Əsas tələblər:

  • İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil (müvafiq texniki və ya idarəetmə ixtisası).
  • ISO 27001 və digər informasiya təhlükəsizliyi standartları üzrə biliklər və onların tətbiqi təcrübəsi.
  • İnformasiya təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsi.
  • Risklərin idarə edilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində iş təcrübəsi.
  • Güclü analitik düşünmə qabiliyyəti və problemlərin həllinə yanaşma.
  • Mükəmməl kommunikasiya və təqdimat bacarıqları, yazılı və şifahi formada məlumatları effektiv təqdim etmə bacarığı.
  • Komanda ilə işləmək bacarığı və müstəqil qərar qəbul etmək qabiliyyəti.
  • Risklərin idarəedilməsi və təhlükəsizlik auditi təcrübəsi arzuolunandır.
  • Yeni texnologiyaların və təhlükəsizlik təhdidlərinin izlənməsi və bu sahədə daim inkişaf etmək arzusu.
  • Əla səviyyədə Azərbaycan və İngilis dili bilikləri, Rus dili arzuolunandır.

 

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi üzrə idarəetmə siyasət və prosedurlarının hazırlanması, icrası və təkmilləşdirilməsi.
  • Risklərin idarəedilməsi prosesinə dəstək verilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin planlaşdırılması.
  • İnformasiya təhlükəsizliyinə dair qanunvericilik, tənzimləyici tələblər və beynəlxalq standartların (ISO/IEC 27001 və s.) yerinə yetirilməsinə nəzarət.
  • Təhlükəsizlik auditi və qiymətləndirmələr üçün uyğun sənədlərin hazırlanması və dəstək.
  • Şirkətin bütün struktur bölmələrində informasiya təhlükəsizliyi mədəniyyətinin təşviqi və məlumatlılıq tədbirlərinin həyata keçirilməsi.
  • İnformasiya təhlükəsizliyi risklərinin azaldılması üçün tövsiyələrin verilməsi və təkliflərin hazırlanması.

 

Əlavə üstünlüklər:

  • Risklərin idarə edilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində iş təcrübəsi.
  • CISSP, CISM, ISO 27001 Lead Implementer və ya analoji sertifikatlar üstünlükdür.
  • İT və informasiya təhlükəsizliyi prosesləri üzrə biliklər və onların tətbiq təcrübəsi.

 

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

 

Müraciət qaydası:

Vakansiyaya uyğun namizədlər CV-lərini hr@rth.gov.az email ünvanına göndərə bilərlər.
Qeyd: Göndərilən CV-lərdə mövzu adı yerində “İnformasiya Təhlükəsizliyi İdarəedilməsi Şöbəsinin məsləhətçisi” qeyd olunmalıdır.