Son müraciət tarixi: 18.01.2025
Əsas tələblər:
- Ali təhsil (texniki sahədə təhsil arzuolunandır);
- Azərbaycan dilini mükəmməl bilməli (Rus və İngilis dilləri arzuolunandır)
- Tibb sahəsində və Xəstəxana İdarəetmə Sistemlərinin istifadəsi ilə bağlı minimum 1 il iş təcrübəsi (ESD, JİRA sistemləri ilə iş təcrübəsi üstünlükdür);
- Ölkədaxili mütəmadi ezamiyyələrə açıq olmaq;
- Microsoft Windows əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;
- Microsoft Office üzrə ilkin biliklər;
- Problem həll etmə və ünsiyyət bacarığı;
- Təqdimat bacarığı;
- Operativlik və dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri araşdırmaq, icra etmək və ya digər xidmət masalarına eskalasiya etmək, yüksək prioritetli müraciətlərin həlli istiqamətində operativ dəstək göstərmək;
- Sorğunun icrası ilə bağlı yekun nəticə əldə olunması və sorğunun bağlanması üçün sorğunu koordinasiyalı şəkildə təqib etmək;
- Tibb müəssisələrində tərəfimizdən istifadəyə verilmiş proqram təminatları ilə bağlı yaranmış çətinliklərin həlli istiqamətində dəstək göstərmək;
- Dəstək xidməti göstərilən bütün proqram təminatlarını mükəmməl səviyyəsində bilmək;
- Proqram təminatlarında baş verən yeniliklərlə bağlı mütəmadi olaraq təlimlərdə iştirak etmək və özünü inkişaf etdirmək.
- Tibb müəssisələrində proqram təminatı istifadəçilərinin bilik və bacarıqlarının artırılması üçün təlimlər keçmək;
- Dəstək xidməti göstərilən proqram təminatlarının istifadəsinə dair video və digər elektron formalarda təlimatlar hazırlamaq;
Əlavə məlumatlar:
-
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
-
İş vaxtı: 09:00 – 18:00
Müraciət qaydası:
Vakansiyaya uyğun namizədlər CV-lərini hr@rth.gov.az email ünvanına göndərə bilərlər.
Qeyd: Göndərilən CV-lərdə mövzu adı yerində “Rəqəmsal Sistemlərin Dəstəklənməsi şöbəsinin mütəxəssisi” qeyd olunmalıdır.