Vakansiyalar

İnfrastruktur departamenti, Sistem inzibatçılığı şöbəsi - Məsləhətçi / Baş məsləhətçi

Son müraciət tarixi: 18.01.2025

Əsas tələblər:

  • Ali təhsil (IT ixtisası üzrə ali təhsil almışlara üstünlük verilir);
  • Linux sistemləri ilə minimal 3 il iş təcrübəsi;
  • OS Linux Redhat / CentOS üzrə biliklərin olması;
  • RHCE / RHСSA üzrə biliklər (sertifikat olması arzu olunandır);
  • Mövcüd Linux serverlərin dəstəklənməsi, çıxan problemlərin aradan qaldırılması;
  • Şəbəkə ilə bağlı başlanğıc səviyəsində biliklərin olması;
  • DevOps sistemlərin haqqında biliklərin olması arzu olunandır;
  • Texniki İngilis dili (ingilis dilində materialların oxuyub başa düşülməsi);
  • Davamlı öyrənmə və inkişafa yönümlülük;
  • Komandada işləmək və üstün kommunikasiya bacarıqları;
  • Rus və ingilis dilləri üzrə biliklərin olması arzuolunandır.


Vəzifə öhdəlikləri:

  • Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu);
  • Skriptlərin yazılması: cmd, bash;
  • HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat);
  • LoadBalancer/Failower sistemləri idarə olunması ( keepalive, peacemaker, haproxy, nginx);
  • Relational və non-relational baza sistemlərin qurulması (Redis DB + Sentinel, mongodb, mysql, postgresql);
  • Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh);
  • Mərkəzləşdirilmiş konfiqurasiya idarəetmə sistemlərinin tətbiqi və işləmə təcrübəsi (Chef, Puppet, Ansible, Packer və s.);
  • Sistem təhlükəsizlik bilikləri (SELinix, Firewalld + Iptables);
  • VMWare əsaslı virtual maşınların idarə olunması;
  • Monitorinq (məs. Zabbix,Dynatrace) və Logging programları ilə işləmə bacarığı;


Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00


Müraciət qaydası:
Vakansiyaya uyğun namizədlər CV-lərini hr@rth.gov.az email ünvanına göndərə bilərlər.
Qeyd: Göndərilən CV-lərdə mövzu adı yerində “İnfrastruktur departamenti, Sistem inzibatçılığı şöbəsi - Məsləhətçi / Baş məsləhətçi” qeyd olunmalıdır.