Son müraciət tarixi: 21.09.2026
Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.
Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.
Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.
Vakansiya haqqında:
Rəqəmsal Tibbi Həllər MMC komandasında Texniki Dəstək üzrə Kiçik Mütəxəssis axtarılır. Bu rol, tibb müəssisələrində və mərkəzi ofisdə texniki dəstəyin göstərilməsini, daxili sistemlərin stabil işləməsini təmin etmək və istifadəçilərin texniki sorğularını operativ şəkildə həll etmək məqsədi daşıyır.
Vəzifə öhdəlikləri
- JIRA sistemi vasitəsilə daxil olan müraciətlərin qəbul edilməsi, icrası və nəticələrinin qeydiyyatının aparılması;
-
İstifadəçi kompüterlərinə əməliyyat sistemlərinin və zəruri proqram təminatlarının quraşdırılması və sazlanması;
-
TƏBİB-in inzibati binalarında, rayon və şəhər tibb müəssisələrində informasiya texnologiyaları ilə bağlı yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması və texniki dəstəyin göstərilməsi;
-
Xidməti fəaliyyətlə əlaqədar ezamiyyətlərdə iştirak edilməsi;
-
Printerlərin, şəbəkə printerlərinin və ümumi şəbəkə qovluqlarının istifadəçi kompüterlərinə qoşulması, sazlanması və onların işlək vəziyyətinə nəzarət edilməsi;
-
İnformasiya texnologiyaları xidmətlərini təmin edən sistemlərin inzibatçılığı və texniki dəstəyinin həyata keçirilməsi;
-
Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqların vaxtında, dəqiq və keyfiyyətlə icra edilməsi;
-
Təşkilatın daxili intizam qaydalarına, etik davranış prinsiplərinə və digər daxili normativ sənədlərin tələblərinə riayət edilməsi.
Tələblər
- İnformasiya texnologiyaları sahəsində 1 il iş təcrübəsi (Arzu ediləndir)
- Printerlərin quraşdırılması, sazlanması və texniki dəstəyi üzrə biliklər;
- Microsoft Office proqramları üzrə ilkin biliklər;
-
Kompüter avadanlıqlarının texniki xüsusiyyətləri və diaqnostikası üzrə biliklər;
-
Microsoft Windows əməliyyat sistemləri üzrə biliklər;
-
Kompüter şəbəkələri üzrə ilkin biliklər;
-
Active Directory / Domain Controller üzrə ilkin biliklər;
-
Service Desk və JIRA sistemləri ilə işləmək bacarığı
Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.
Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.