Sizə necə kömək edə bilərik ?
Son müraciət tarixi: 17.07.2025
Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.
Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.
Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.
Vakansiya haqqında: İnformasiya Təhlükəsizliyi Departamenti çərçivəsində fəaliyyət göstərən Kiber Təhlükəsizlik Şöbəsi təşkilatın rəqəmsal infrastrukturunun qorunmasında əsas rol oynayır. Şöbə, informasiya resurslarının təhlükəsizliyini təmin etmək, kiber risklərin idarə olunması və müasir təhlükəsizlik standartlarının tətbiqi istiqamətində çalışır. Hazırda bu kritik istiqamətə rəhbərlik edəcək təcrübəli və strateji düşüncəyə sahib Şöbə Müdiri axtarırıq.
Vəzifə öhdəlikləri
• Kibertəhlükəsizlik strategiyasının hazırlanması və tətbiqi.
• SOC fəaliyyətlərinə rəhbərlik, insident aşkarlanması və cavabı.
• SIEM, EDR, NDR, SOAR alətlərinin idarə olunması.
• Firewall, VPN, DLP kimi sistemlərin təhlükəsizlik siyasətləri.
• Logların monitorinqi, anomaliyaların aşkarlanması.
• Zero Trust, Network Segmentation modellərinin tətbiqi.
• Red/Blue Team və Threat Hunting fəaliyyətlərinin təşkil olunması.
• SOC komandası üçün professional inkişafın təmin edilməsi.
• ISO 27001, GDPR kimi tələblərə uyğunluğun qiymətləndirilməsi.
Tələblər
• Kibertəhlükəsizlik sahəsində minimum 7 il təcrübə, bunlardan 3 il rəhbər missiyalarda.
• Palo Alto, Fortinet, QRadar, XDR/EDR/SIEM sistemləri üzrə praktiki bilik.
• ISO 27001, NIST CSF, MITRE ATT&CK çərçivələrində təcrübə.
• Güclü liderlik və risk yönümlü yanaşma.
• Məxfi məlumatların qorunması üzrə yüksək məsuliyyət.
Biz nə təklif edirik
Rəqəmsal innovasiyaların tətbiqini əsas dəyər kimi qəbul edən komandamıza qoşulmaq istəyirsiniz?
Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.
Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) hr@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.