Vakansiyalar

İnfrastruktur departamenti, Sistem inzibatçılığı şöbəsi, DevOps üzrə mühəndis (DevOps Engineer)

Son müraciət tarixi: 30.09.2026


Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.


Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.


Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.


Vakansiya haqqında:  Bu vəzifə proqramlaşdırma əməliyyatlarının avtomatlaşdırılması, sistemlərin dayanıqlılığının və etibarlılığının təmin edilməsi baxımından əsas rol oynayır. Vəzifə sahibi kodun hazırlanmasından başlayaraq onun yerləşdirilməsinə qədər bütün DevOps proseslərinin səmərəli, dayanıqlı və təhlükəsiz şəkildə idarə edilməsinə cavabdehdir.



Vəzifə öhdəlikləri

  • DevOps infrastrukturunun dəstəklənməsi, idarə olunması və təkmilləşdirilməsi
  • CI/CD  yaradılması və optimallaşdırılması (Jenkins, GitLab CI və s.)
  • Docker və Kubernetes əsaslı tətbiqlərin idarə olunması
  • AWS/Azure/GCP bulud resurslarının idarə edilməsi və avtomatlaşdırılması
  • IaC yanaşmasının tətbiqi (Terraform, Ansible)
  • Linux/Windows serverlərinin administrasiyası və avtomatlaşdırılması
  • Git və versiya idarəetmə sistemləri ilə işləmək
  • Sistem təhlükəsizliyi, monitorinq və loglama həllərinin tətbiqi və idarə olunması
  • Backup, High Availability və Disaster Recovery həllərinin təmin edilməsində iştirak
  • On-premise və Cloud infrastrukturun inteqrasiyası və idarə olunması
  • Sistem və tətbiqlərdə yaranan problemlərin diaqnostikası və operativ həlli



Tələblər


  • Minimum 3–4 il DevOps sahəsində iş təcrübəsi
  • CI/CD, Docker və Kubernetes üzrə peşəkar praktiki bilik
  • AWS, Azure və ya GCP bulud platformalarından biri və ya bir neçəsi üzrə təcrübə
  • Terraform və Ansible üzrə praktiki təcrübə
  • Linux administrasiyası üzrə yaxşı bilik
  • Git/GitLab/GitHub ilə işləmə təcrübəsi
  • Bash, Python və ya digər skriptləşdirmə dilləri üzrə bacarıq
  • TCP/IP, DNS, HTTP/HTTPS, VPN və Load Balancing üzrə əsas biliklər
  • Prometheus, Grafana, ELK və ya digər monitorinq/loglama sistemləri üzrə təcrübə
  • Cloud Security və IAM üzrə əsas biliklər
  • Backup, High Availability və Disaster Recovery prinsipləri üzrə anlayış
  • Scrum və Agile metodologiyaları üzrə iş təcrübəsi
  • Helm, ArgoCD və GitOps üzrə biliklər üstünlükdür
  • Müvafiq sertifikatlar (CKA, AWS/Azure/GCP, Terraform və s.) üstünlükdür


Biz nə təklif edirik:


  • Müasir texnologiyalarla işləmək və innovativ həllərin tətbiqində iştirak
  • Çevik iş mühiti və rejimi
  • Rəqəmsal tibb və innovativ İT layihələrində iştirak
  • Öyrənmə, inkişaf və yeni bacarıqlar qazanmaq üçün dəstəkləyici mühit


Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.



Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.



Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.