Sizə necə kömək edə bilərik ?
Son müraciət tarixi: 17.07.2025
Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.
Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.
Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.
Vakansiya haqqında: Strateji İnkişaf və Layihələr Şöbəsinin Baş Məsləhətçisi vəzifəsi təşkilatın rəqəmsal strategiyasının həyata keçirilməsi və informasiya texnologiyalarının effektiv idarə olunmasında mühüm rol oynayır. Bu vəzifə çərçivəsində namizəd IT siyasət və prosedurlarının hazırlanması, uyğunluq və risklərin idarə olunması, eləcə də idarəetmə çərçivələrinin (COBIT, ITIL və s.) tətbiqinə cavabdeh olacaq. Əsas məqsəd — texnoloji təşəbbüslərin biznes məqsədləri ilə uyğunluğunu təmin etməkdir.
Vəzifə öhdəlikləri
Tələblər
Biz nə təklif edirik
Rəqəmsal innovasiyaların tətbiqini əsas dəyər kimi qəbul edən komandamıza qoşulmaq istəyirsiniz?
Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.
Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.