Vakansiyalar

Məlumatların idarəedilməsi departamenti / Məlumat inzibatçılığı şöbəsi / Aparıcı məsləhətçi (Strong Middle BI Developer)

Son müraciət tarixi: 17.07.2025

Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.
Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.
Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.

Vakansiya haqqında: Məlumat İnzibatçılığı Şöbəsinin aparıcı məsləhətçisi təşkilatın data əsaslı qərarvermə imkanlarının gücləndirilməsində mühüm rol oynayır. Namizəd məlumatların toplanması, emalı və vizuallaşdırılması proseslərini effektiv şəkildə həyata keçirəcək, BI həllərin hazırlanması və optimallaşdırılması ilə məşğul olacaq. Analitik təhlil bacarığı, SQL və BI alətləri üzrə təcrübə vacibdir. Strateji düşüncəyə malik, çevik və komanda ilə işləmək bacarığı olan mütəxəssisləri komandamıza dəvət edirik.



Vəzifə öhdəlikləri



  • Biznes tələblərini ETL proseslərinə çevirmək.
  • SQL sorğuları ilə data mənbələrindən məlumat çıxarmaq.
  • Performans izləməsi və optimizasiyası aparmaq.
  • Oracle BI vasitəsilə idarəetmə hesabatları və vizuallaşmalar qurmaq.
  • Datanın ardıcıllığını və təhlükəsizliyini təmin etmək.
  • Panellərin performansını izləmək, problemləri həll etmək.
  • Yeni təkmilləşdirmələr hazırlayıb tətbiq etmək.


Tələblər


  • SQL üzrə mükəmməl bilik, DWH anlayışı.
  • OLAP/OLTP prinsiplərini bilmək.
  • ODI və OBIEE alətləri ilə işləmək bacarığı.
  • Güclü analitik bacarıq.
  • BI tendensiyalarına hakim olmaq.


Biz nə təklif edirik



  • Ən son texnologiyaların istifadəsi və tətbiqi
  • Çevik iş rejimi
  • Tibbi sığorta
  • Təlim proqramlarına çıxış
  • Sosial və peşəkar tədbirlər
  • Rəqəmsal tibb layihələrində iştirak imkanı
  • Karyera İnkişaf İmkanı



Rəqəmsal innovasiyaların tətbiqini əsas dəyər kimi qəbul edən komandamıza qoşulmaq istəyirsiniz?
Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.


Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) hr@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.