Son müraciət tarixi: 25.10.2026
Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.
Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.
Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.
Vakansiya haqqında:
Komandamıza Rəqəmsal sistemlərin inteqrasiyası üzrə məsləhətçi (IT Business Analyst) axtarılır. Namizəd biznes və texniki komandalar arasında əlaqələndirici rol oynayacaq, proseslərin analizi və optimallaşdırılması, sənədləşmə, test və təhlillərdə iştirak edəcək, həmçinin tibbi idarəetmə üzrə yeni proqram təminatlarının tətbiqində dəstək göstərəcək.
Vəzifə öhdəlikləri:
- İnformasiya sistemləri arasında API əsaslı inteqrasiyaların analizini və texniki koordinasiyasını həyata keçirmək.
-
Biznes və texniki tələbləri analiz edərək sistemlərarası məlumat mübadiləsi, inteqrasiya ssenariləri və məlumat axınlarını müəyyənləşdirmək.
-
REST API və SOAP veb-servislərinin spesifikasiyalarını, endpoint-ləri, request/response strukturlarını, HTTP status kodlarını və autentifikasiya mexanizmlərini analiz etmək.
-
Postman və Swagger/OpenAPI vasitəsilə API-lərin yoxlanılmasını və inteqrasiya ssenarilərinin test edilməsini həyata keçirmək.
-
İnteqrasiya zamanı yaranan texniki xətaları, servis cavablarını və logları analiz etmək, problemin səbəbinin müəyyənləşdirilməsi və həllində iştirak etmək.
-
JSON/XML məlumat strukturlarını və sistemlərarası məlumat uyğunluğunu yoxlamaq.
-
API kataloqu, endpoint spesifikasiyaları, autentifikasiya tələbləri, məlumat axınları və digər inteqrasiya sənədlərini hazırlamaq və aktual saxlamaq.
-
Developer, QA, BA/PO, DevOps və digər aidiyyəti komandalarla inteqrasiya işləri üzrə koordinasiyanı təmin etmək.
-
İnteqrasiyalar üzrə texniki riskləri, asılılıqları və mümkün təsirləri müəyyənləşdirmək və aidiyyəti tərəflərə təqdim etmək.
Tələblər:
- İT və ya əlaqəli istiqamət üzrə ali təhsil;
-
Dövlət və ya özəl sektorda informasiya sistemləri arasında məlumat mübadiləsi və sistem inteqrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
-
API inteqrasiyası və ya sistem analizi sahəsində praktiki iş təcrübəsi;
-
REST API və SOAP veb-servisləri, inteqrasiya ssenariləri və məlumat axınları üzrə bilik və təcrübə;
-
Postman, Swagger/OpenAPI, SQL, Git, Jira və Confluence ilə işləmə bacarığı;
-
API monitorinqi, log analizi və inteqrasiya xətalarının araşdırılması üzrə praktiki bacarıqlar;
-
Biznes tələblərini texniki tələblərə çevirmək, inteqrasiya spesifikasiyalarını və texniki sənədləri hazırlamaq bacarığı;
-
Səhiyyə və ya e-hökumət layihələrində iş təcrübəsi üstünlükdür;
-
API, sistem inteqrasiyası və ya sistem analizi üzrə müvafiq sertifikatların olması üstünlükdür.
Biz nə təklif edirik:
- Müasir texnologiyalarla işləmək və innovativ həllərin tətbiqində iştirak
-
Çevik iş mühiti və rejimi
-
Rəqəmsal tibb və innovativ İT layihələrində iştirak
-
Öyrənmə, inkişaf və yeni bacarıqlar qazanmaq üçün dəstəkləyici mühit
Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət
hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş
kimi qiymətləndirməkdən məmnun olarıq.
Uyğun namizədlərdən, müraciətlərini
(CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə
əlaqə saxlanılacaqdır.