Sizə necə kömək edə bilərik ?
Son müraciət tarixi: 21.09.2026
Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.
Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.
Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.
Vakansiya haqqında: Komandamıza Strateji İnkişaf və Layihələr Şöbəsinin məsləhətçisi axtarılır. Bu vəzifədə siz layihələrin planlaşdırılması, idarə olunması və nəticələrinin təhlili proseslərində iştirak edərək strateji təşəbbüslərin uğurla həyata keçirilməsinə dəstək göstərəcəksiniz.
Vəzifə öhdəlikləri
| • Layihənin məqsədini, əhatə dairəsini, nəticələrini və uğur
meyarlarını maraqlı tərəflərlə dəqiqləşdirmək. • Layihə planını, mərhələləri, vaxt qrafikini, resurs ehtiyacını və məsuliyyət bölgüsünü hazırlamaq və izləmək. • Biznes tələblərinin toplanmasını, prioritetləşdirilməsini və texniki komandaya düzgün ötürülməsini koordinasiya etmək. • Biznes, analitika, proqramlaşdırma, infrastruktur, informasiya təhlükəsizliyi və təchizatçı komandaları arasında əlaqələndirməni təmin etmək. • Risk, problem, asılılıq və dəyişiklik sorğularını qeydiyyata almaq, təsirini qiymətləndirmək və eskalasiya etmək. • Layihənin scope, vaxt, keyfiyyət və resurs göstəricilərinə nəzarət etmək, kənarlaşmalar üzrə düzəldici tədbirlər planlaşdırmaq. • UAT, pilot, istehsalat mühitinə buraxılış və təhvil-təslim mərhələlərində biznes tərəfin koordinasiyasını təmin etmək. • Status hesabatları, iclas protokolları, qərar jurnalı və digər layihə sənədlərini hazırlamaq və aktual saxlamaq. • Layihə nəticələrinin qəbul meyarlarına uyğunluğunu və layihə bağlanışı üzrə zəruri sənədləşməni təmin etmək. • Layihə üzrə bütün zəruri proses və texniki sənədlərin hazırlanması • BPMN, UML kimi modelləşdirmə dilləri haqqında biliklər; • SDLC üzrə işləmə bacarığı • API, sistem inteqrasiyası və verilənlər bazası üzrə texniki anlayış. • Analitik düşüncə, nəticəyönümlülük, güclü ünsiyyət, stakeholder management, prioritetləşdirmə və komanda işi. |
Tələblər
• IT layihələrinin idarə olunması və ya biznes analitikası sahəsində 2-3 il iş təcrübəsi.
• IT Layihə meneceri və ya biznes analitik kimi productionda minimum 2 layihənin olması.
• Biznes tələblərinin toplanması, strukturlaşdırılması və texniki həllə çevrilməsinin koordinasiyası üzrə praktiki təcrübə.
• Veb və ya mobil tətbiqlərin hazırlanması, sistem inteqrasiyaları və API əsaslı məlumat mübadiləsi üzrə layihə təcrübəsi.
• Agile/Scrum və Waterfall yanaşmalarının tətbiqi üzrə bilik və real iş təcrübəsi.
• Səhiyyə və dövlət sektoru layihələrində təcrübə üstünlükdür.
Dil bilikləri:
Kompüter və program bilikləri:
Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.
Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.