Vakansiyalar

Məlumatların idarəedilməsi departamenti, Məlumat inzibatçılığı şöbəsi, Məsləhətçi (Database Administrator)

Son müraciət tarixi: 31.10.2026

Şirkət haqqında:


Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.




Missiyamız:


Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.



Vizyonumuz:


Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.




Vakansiya haqqında:


Komandamıza Database Administrator axtarılır. Namizəd şirkətin məlumat bazalarının fasiləsiz və təhlükəsiz işləməsini təmin edəcək, onların dizaynı, qurulması, idarə olunması və optimallaşdırılması proseslərinə cavabdeh olacaq.





Vəzifə öhdəlikləri:


  • Verilənlər bazalarının gündəlik inzibatçılığını həyata keçirmək, konfiqurasiya dəyişikliklərini icra etmək və müvafiq dəyişiklikləri test və production mühitlərinə tətbiq etmək;
  • Verilənlər bazası istifadəçilərini, giriş hüquqlarını və səlahiyyətlərini idarə etmək;
  • Verilənlər bazalarının ehtiyat nüsxələrinin (backup) alınmasını və zərurət yarandıqda məlumatların bərpasını (restore) təmin etmək;
  • Verilənlər bazalarının fəaliyyətini və performansını monitorinq etmək, yaranan texniki problemləri araşdırmaq və aradan qaldırmaq;
  • SQL sorğularının optimallaşdırılması və verilənlər bazaları arasında replikasiya proseslərinin həyata keçirilməsində iştirak etmək;
  • Daxil olan texniki müraciətləri və verilənlər bazaları ilə bağlı sorğuları müəyyən edilmiş qaydada icra etmək;
  • Görülmüş işləri, konfiqurasiya dəyişikliklərini və inzibati əməliyyatları sənədləşdirmək;
  • Məlumatların məxfiliyinin, bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi üzrə müəyyən edilmiş qaydalara riayət etmək



Tələblər:

  • Verilənlər bazalarının idarə edilməsi və ya müvafiq texniki sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • SQL üzrə yaxşı biliklər: sorğuların yazılması, JOIN əməliyyatları, cədvəllər və indekslərlə işləmək;
  • PostgreSQL verilənlər bazasının əsas inzibatçılıq prinsipləri üzrə biliklər, o cümlədən istifadəçilərin və giriş hüquqlarının idarə edilməsi, ehtiyat nüsxələrin alınması və məlumatların bərpası;
  • Linux əməliyyat sistemi üzrə əsas biliklər və komanda sətri əmrlərindən istifadə bacarığı;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini isə texniki sənədləri oxuyub anlamaq səviyyəsində bilmək;
  • Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik və yeni bilikləri mənimsəməyə həvəs.

Üstünlük verilir



  • Oracle OCP və ya PostgreSQL üzrə müvafiq peşəkar sertifikatların olması;
  • Məlumat anbarı (Data Warehouse — DWH) layihələrinin texniki icrasında iştirak təcrübəsi, o cümlədən ölçülü məlumat modelləşdirilməsi (Dimensional Modeling) və ETL proseslərinin orkestrasiya edilməsi üzrə biliklər;
  • Apache Superset və Power BI kimi hesabatlılıq platformalarının verilənlər bazası səviyyəsində dəstəklənməsi və texniki problemlərinin həlli təcrübəsi;
  • Şəxsi məlumatların qorunması və məlumatların məxfiliyi ilə bağlı qanunvericilik tələbləri haqqında biliklər.




Biz nə təklif edirik:



  • Müasir texnologiyalarla işləmək və innovativ həllərin tətbiqində iştirak
  • Çevik iş mühiti və rejimi
  • Rəqəmsal tibb və innovativ İT layihələrində iştirak
  • Öyrənmə, inkişaf və yeni bacarıqlar qazanmaq üçün dəstəkləyici mühit



Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi görməkdən məmnun olarıq.


Uyğun namizədlərdən müraciətlərini (CV/Resume) talent@rth.gov.az elektron poçt ünvanına “ Database Administrator” başlığı ilə göndərmələri xahiş olunur.


Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.