Vakansiyalar

İnfrastruktur departamenti, Sistem inzibatçılığı şöbəsi, Şəbəkə üzrə mühəndis (Network / VoIP Admin)

Son müraciət tarixi: 30.09.2026

Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.



Missiyamız:
Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.


Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.


Vakansiya haqqında:  Bu vəzifə müəssisənin şəbəkə infrastrukturunun dayanıqlılığının, təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsində əsas rol oynayır. 


Vəzifə öhdəlikləri:


  • Müəssisənin lokal və geniş şəbəkəsinin idarə olunması
  • Şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidməti
  • Firewall, NAT və Access Control siyahıları ilə işləmək
  • Şəbəkə monitorinqi və performans təhlili (Zabbix, Wireshark və s.)
  • VoIP, SIP Trunk və IP telefoniya sistemlərinin idarə olunması
  • Asterisk/FreeSWITCH və ya digər IP-PBX sistemlərinin sazlanması və dəstəklənməsi
  • Problemlərin diaqnostikası və operativ həlli
  • Şəbəkə təhlükəsizliyinin təmin olunması



Tələblər:


  • Şəbəkə üzrə minimum 2–3 il iş təcrübəsi
  • TCP/IP, DNS, DHCP, VLAN, VPN, Routing və Switching üzrə praktiki biliklər
  • Palo Alto, Cisco, MikroTik, Juniper və ya digər şəbəkə avadanlıqları üzrə təcrübə
  • Firewall, NAT və Access Control siyahıları ilə işləmə bacarığı
  • SIP, VoIP, SIP Trunk və IP telefoniya üzrə praktiki biliklər
  • Asterisk/FreeSWITCH və ya digər IP-PBX sistemləri ilə iş təcrübəsi üstünlükdür
  • Şəbəkə monitorinq vasitələri ilə tanışlıq (Zabbix, Wireshark və s.)
  • CCNA və ya bənzər sertifikat üstünlükdür



Biz nə təklif edirik:


  • Müasir texnologiyalarla işləmək və innovativ həllərin tətbiqində iştirak
  • Çevik iş mühiti və rejimi
  • Rəqəmsal tibb və innovativ İT layihələrində iştirak
  • Öyrənmə, inkişaf və yeni bacarıqlar qazanmaq üçün dəstəkləyici mühit





Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.


Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.



Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.