Vakansiyalar

Rəqəmsal sistemlərin inteqrasiyası ve analitikası departamenti, Rəqəmsal sistemlerinin inteqrasiyası şöbəsi, Mütəxəssis (Junior IT Business Analyst, API / System Integration)

Son müraciət tarixi: 25.10.2026

Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.


Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.


Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.


Vakansiya haqqında:


Komandamıza Rəqəmsal sistemlərin inteqrasiyası üzrə mütəxəssis (IT Business Analyst) axtarılır. Namizəd biznes və texniki komandalar arasında əlaqələndirici rol oynayacaq, proseslərin analizi və optimallaşdırılması, sənədləşmə, test və təhlillərdə iştirak edəcək, həmçinin tibbi idarəetmə üzrə yeni proqram təminatlarının tətbiqində dəstək göstərəcək.



Vəzifə öhdəlikləri:


  • Rəqəmsal informasiya sistemləri arasında inteqrasiya proseslərinin hazırlanması və icrasında komandaya texniki dəstək göstərmək.
  • API sənədlərini, endpoint-ləri, request/response strukturlarını və inteqrasiya tələblərini öyrənmək və analiz etmək.
  • REST API, HTTP/HTTPS, JSON və XML kimi əsas inteqrasiya texnologiyaları ilə işləmək.
  • Postman və Swagger/OpenAPI vasitəsilə sadə API sorğularını icra etmək, nəticələri yoxlamaq və test nəticələrini sənədləşdirmək.
  • İnteqrasiya zamanı yaranan texniki problemlərin ilkin araşdırılmasında, servis cavablarının və logların yoxlanılmasında iştirak etmək.
  • API servis siyahılarının, endpoint məlumatlarının, inteqrasiya sxemlərinin və texniki sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək olmaq.
  • Developer, QA, BA/PO və digər aidiyyəti komandalarla koordinasiyalı işləmək və verilmiş tapşırıqları vaxtında icra etmək.
  • Yeni inteqrasiya texnologiyalarını və iş prinsiplərini öyrənmək, verilmiş texniki məsələlər üzrə araşdırma aparmaq.


Tələblər

  • İT və ya əlaqəli istiqamət üzrə ali təhsil;
  • İnformasiya texnologiyaları, API, sistem inteqrasiyası və ya sistem analizi sahəsində 0–1 il iş təcrübəsi; yeni məzunlar da müraciət edə bilər;
  • REST API, JSON/XML, HTTP/HTTPS üzrə baza bilikləri;
  • Postman və Swagger/OpenAPI vasitəsilə API sorğularının göndərilməsi və cavabların yoxlanılması üzrə ilkin praktiki bacarıq;
  • SQL və Git üzrə baza səviyyədə bilik; Jira və Confluence ilə işləmə təcrübəsi üstünlükdür;
  • Texniki sənədləşdirmə və API/integration testing proseslərində komandaya dəstək göstərə bilmək;
  • Güclü analitik düşüncə, öyrənməyə açıqlıq və sistem inteqrasiyası/API texnologiyaları üzrə peşəkar inkişaf motivasiyası;
  • API, sistem inteqrasiyası, sistem analizi və ya əlaqəli sahələr üzrə sertifikatlar üstünlükdür.



Biz nə təklif edirik:


  • Müasir texnologiyalarla işləmək və innovativ həllərin tətbiqində iştirak
  • Çevik iş mühiti və rejimi
  • Rəqəmsal tibb və innovativ İT layihələrində iştirak
  • Öyrənmə, inkişaf və yeni bacarıqlar qazanmaq üçün dəstəkləyici mühit



Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.  


Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.