Vakansiyalar

İnformasiya təhlükəsizliyi departamenti, İnformasiya təhlükəsizliyinin idarəedilməsi şöbəsi, Kiçik mütəxəssis

Son müraciət tarixi: 24.10.2026

Şirkət haqqında: Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.


Missiyamız: Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.


Vizyonumuz: Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.


Vakansiya haqqında:

Komandamıza GRC və İnformasiya Təhlükəsizliyi proseslərinin avtomatlaşdırılması üzrə məsləhətçi axtarılır. Namizəd GRC proseslərinin təhlili və optimallaşdırılması, manual proseslərin avtomatlaşdırılması, sistem inteqrasiyaları və texniki həllərin hazırlanmasında iştirak edəcək. Həmçinin risk, compliance, audit və security proseslərinin rəqəmsallaşdırılması, AI və Generative AI həllərinin tətbiqi üzrə dəstək göstərəcək.



Vəzifə öhdəlikləri:


  • GRC və informasiya təhlükəsizliyi proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə texniki həllərin hazırlanmasında iştirak etmək;
  • Mövcud GRC proseslərini təhlil etmək, təkmilləşdirmə və avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək;
  • Risklərin idarə edilməsi, təhlükəsizlik nəzarətləri, compliance, audit və security findings prosesləri üzrə avtomatlaşdırılmış həllərin hazırlanması və tətbiqində iştirak etmək;
  • Mövcud məlumat mənbələrindən GRC və informasiya təhlükəsizliyi məlumatlarının toplanması, emalı və vahid platformalara inteqrasiyasını təmin etmək;
  • Manual prosesləri və təkrarlanan əməliyyatları müəyyənləşdirmək və onların avtomatlaşdırılması üçün texniki həllər hazırlamaq;
  • GRC prosesləri üzrə workflow, approval, notification, escalation və tracking mexanizmlərinin avtomatlaşdırılmasında iştirak etmək;
  • GRC məlumatları üzrə dashboard, reporting və analitik həllərin hazırlanması və inkişaf etdirilməsini təmin etmək;
  • Mövcud sistemlər arasında API və digər inteqrasiya mexanizmlərindən istifadə etməklə məlumat mübadiləsini təşkil etmək;
  • AI, LLM və Generative AI texnologiyalarının GRC və informasiya təhlükəsizliyi proseslərində tətbiqi üzrə həlləri araşdırmaq, qiymətləndirmək və tətbiq etmək;
  • ISO 27001 və digər informasiya təhlükəsizliyi standartlarının tələblərini proses və avtomatlaşdırma həllərinə tətbiq etmək;
  • Avtomatlaşdırılmış həllərin funksional və təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq və nəticələri sənədləşdirmək;
  • Hazırlanmış həllərin tətbiqi, istifadəçilərin ehtiyaclarına uyğunlaşdırılması və sonrakı təkmilləşdirilməsində iştirak etmək.


Tələblər:




  • İnformasiya təhlükəsizliyi, kompüter elmləri, informasiya texnologiyaları, proqram mühəndisliyi, riyaziyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Information Security, GRC, IT, Automation və ya digər müvafiq sahədə ən azı 1 il praktiki iş təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi və GRC prosesləri üzrə praktiki bilik;
  • Risklərin idarə edilməsi, şəbəkə təhlükəsizliyi və təhlükəsizlik nəzarətləri üzrə anlayış;
  • ISO 27001 və informasiya təhlükəsizliyi idarəetmə prinsipləri üzrə baza bilikləri;
  • Proseslərin avtomatlaşdırılması və texniki həllərin hazırlanması üzrə anlayış;
  • Sistemlərarası inteqrasiya prinsipləri üzrə bilik;
  • Məlumatların toplanması, emalı və müxtəlif mənbələr arasında inteqrasiyası üzrə anlayış;
  • SQL və verilənlər bazaları üzrə baza bilikləri;
  • Skriptləşdirmə və ya proqramlaşdırma dillərindən biri üzrə praktiki bilik;
  • JSON, HTTP/HTTPS, authentication və authorization mexanizmləri üzrə baza bilikləri;
  • Analitik düşünmə və texniki problemləri araşdıraraq həll etmək bacarığı;
  • Manual prosesləri təhlil etmək və onların avtomatlaşdırılması üçün həllər formalaşdırmaq bacarığı;
  • Texniki sənədləri analiz etmə bacarığı;
  • Azərbaycan və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.



Biz nə təklif edirik:


  • Müasir texnologiyalarla işləmək və innovativ həllərin tətbiqində iştirak
  • Çevik iş mühiti və rejimi
  • Rəqəmsal tibb və innovativ İT layihələrində iştirak
  • Öyrənmə, inkişaf və yeni bacarıqlar qazanmaq üçün dəstəkləyici mühit



Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi qiymətləndirməkdən məmnun olarıq.  


Uyğun namizədlərdən, müraciətlərini (CV/Resume ) talent@rth.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. 


Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.