HIMSS

22.11.2024
Beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatı Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni Klinika” publik hüquqi şəxs üçün əldə edilmişdir. Sözügedən sertifikat rəqəmsal xəstəxana standartlarını ən üst səviyyədə tətbiq edə bilən tibb müəssisələrinə təqdim edilir. Bu sertfikatın əldə edilməsi üçün icra edilən layihə çərvisində Yeni Klinikada iş prosesində önəmli texnoloji yeniliklər həyata keçirilmişdir. Layihə nəticəsində həm klinikanın daxilində qurulan rəqəmsal imkanlar üzrə, həm də vətəndaşlarla bağlı iş prosesinin inkişaf etdirilməsi istiqamətində böyük üstünlüklər qazanılmışdır. Müvafiq sertifikatın əldə edilmiəsi üçün bir sıra beynəlxalq rəqəmsal tibbi standartlar hazırlanıb tətbiq edilmişdir. Müvafiq rəqəmsal standartların tətbiqi ilə xidmət kefiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi, tibbi personalın təcrübəsinin genişləndirilməsi, iqtisadi səmərənin artması, pasiyentlərin sözün yaxşı mənasında müalicə prosesinə daxil edilməsi və sairə istiqamətlər üzrə yaxşı nəticələr əldə edilmiş və ən önəmlisi Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə tanınması istiqamətində uğurlu addımlar atılmışdır.