LAYİHƏLƏR

Karyera portalı

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə tibb və qeyri-tibb işçilərinin işə qəbulu üzrə işə qəbul prosesinin optimallaşdırılmasının təmin edilməsi məqsədilə “Karyera portalı” yaradılmışdır. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin həmin portala çıxışı təmin olunmuşdur. Tibb müəssisələri tərəfindən tibb və qeyri-tibb vəzifələri üzrə müvafiq vakansiyalar haqqında elanlar “Karyera portalı”nda yerləşdiriləcəkdir. Namizədlər üçün portalda qeydiyyatdan keçməklə şəxsi kabinet formalaşdırmaq və müvafiq vakansiyalara müraciət edə bilmək imkanı yaradılmışdır.
Digər LAYİHƏLƏR