Sizə necə kömək edə bilərik ?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yenilənmiş saytında (https://its.gov.az/) tibb müəssisələrinin axtarış sistemi vasitəsilə vətəndaşlar lazım olan tibbi xidmətin hansı tibb müəssisələrində göstərildiyini müəyyən edə, müxtəlif kateqoriyalar üzrə, həmçinin tibbi ərazi bölmələri (TƏB) və ya şəhərlər üzrə tibb müəssisələrini axtarışa verə, xəstəxananın əlaqə vasitələri, ünvanı və xəritə üzərindən məkan koordinatları ilə tanış ola bilərlər. Xidmətlər Zərfi üzrə axtarış sistemi üzərindən isə tibbi xidmət və onun müqabilində Dövlət Agentliyi tərəfindən xəstəxanaya ödənilən məbləğlə tanış olmaq mümkündür.